Ukrayna və Almaniya arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar məxfi rejimdə davam edir.
Report Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Əlbəttə, biz bu barədə danışırıq, lakin lazımi məxfi rejimdə. Bunu Ukrayna və əlaqə saxladığımız digər tərəflərlə də müzakirə edirik", - kansler bildirib.
Onun sözlərinə görə, Almaniyanın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin son nəticədə necə görünəcəyini indi proqnozlaşdırmaq mümkün deyil.