İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə ağ fosfor bombaları və ağır artilleriya atəşi ilə hücumlara başlayıb.
Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə İsrailin Livanın cənubuna hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusu Livan ərazisi daxilində yerləşən sərhəddəki Əl-Hiyam düzünə çoxlu sayda ağ fosfor bombası atıb.
Fosfor bombası səbəbiylə düzənliyə bir müddət “ağ duman” yayılıb. Ağ fosfor uzun müddət havada qalıb.
Seymur Bənnayev
Sitat.info