Qəzzanın mərkəzindəki məktəb və xəstəxanalara sığınan fələstinli analar övladlarının susuz qaldığını və həddindən artıq arıqladığını bildiriblər.
Sitat.info xəbər verir ki, bir yarım yaşlı bir uşağın anası Yamen Mohammed Haccac, oğlunun Şücaiyyə məhəlləsindən Nusra Qaçqınlar Düşərgəsinə aparıldıqdan və UNRWA məktəbində qaldıqdan sonra susuzluq və ishaldan əziyyət çəkdiyini söyləyib.
Başqa bir qadın uşağının qastroenterit olduğunu və düzgün qidalanmadığı üçün çəkisinin yarısını itirdiyini söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, oktyabrın ortalarından bəri 33,551-dən çox ishal hadisəsi qeydə alınıb, onların əksəriyyəti beş yaşdan kiçik uşaqlar arasındadır.
Seymur Bənnayev
Sitat.info