Somalidə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) tərəfindən edilən şərhdə, Somalidəki sel fəlakəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
OCHA-nın açıqlamasına görə, ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.
Açıqlamaya görə, həyatını itirənlərdən 8-i uşaqdır və sel səbəbiylə qapalı qalan 2400 nəfərin xilas edilməsi üçün işlər qayıqlarla davam edir.
Seymur Bənnayev
Sitat.info