Bayden: Qəzzada atəşkəs mümkün deyil

11:56 10 Noyabr 2023

ABŞ prezidenti Co Bayden İsrailin blokadası altında olan Qəzzada atəşkəsə nail olmağın “mümkün olmadığını” bildirib.

Sitat.info xəbər verir ki, Bayden İllinoys səfəri üçün Ağ Evi tərk etməzdən əvvəl İsrailin Fələstinə hücumlarında atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Qəzzada atəşkəs elan edilməsinin "mümkün olmadığını" bildirən Bayden, girovların azad edilməsi ilə bağlı hələ də "nikbin" olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti