İsrailin zərbələri nəticəsində Qəzza zolağındakı yaşayış binalarına və infrastruktura dəymiş ziyan təxminən 3 milyard dollar qiymətləndirilir.
Sitat.info xəbər verir ki, bu barədə Qəzza zolağı hökumətinin mətbuat xidməti məlumat yayıb.
“İlkin qiymətləndirməyə görə, yaşayış binalarına və qüllələrə 2 milyard dollar, infrastruktura isə təxminən 1 milyard dollar ziyan dəyib”, - məlumatda qeyd edilib.