Bakı səfəri ilə bağlı status yazdı, İrəvanda festivalı ləğv edildi

17:40 10 Noyabr 2023

İrəvan Dövlət Teatr və Kino İnstitutu noyabrın 23-26-da Ermənistanın paytaxtında keçirilməsi planlaşdırılan “Echo Artdocfest” festivalını ləğv edib. 

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, təşkilat nümayəndələrinin bildirdiyinə görə, buna səbəb rusiyalı və latviyalı rejissor, “Artdocfest” festivalının sədri Vitali Manskinin Bakıya səfəri ilə bağlı Feysbukda yazdığı paylaşım olub.

Vitali Manski paylaşımında yazıb:

“Mən artıq ikinci dəfədir ki, Azərbaycanda qeyd olunan Zəfər Günündə Bakıda oluram. Birinci dəfə olan məni o qədər təsirləndirdi ki, indi yeni filmin şənliklərini lentə almağa gəldim”.

Məhz bu paylaşımdan sonra Ermənistanda onun təşkil etməyə hazırlaşdığı festival ləğv edilib.



Xəbər xətti