Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlarını davam etdirir.
Sitat.info xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı PKK-nın narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında məsul şəxsi Yadin Bulud zərərsizləşdirilib.
Bulud 2015-ci ildə PKK-a qoşularaq İraqın şimalındakı Qəndil və Hakurk-Avaşin bölgələrində fəaliyyətini davam etdirib.