İsrail mediası: Oktyabrın 7-də ordu mülki İsrail vətəndaşlarını da güllələyib

18:06 10 Noyabr 2023

İsrail mətbuatında yer alan xəbərə görə, oktyabrın 7-də musiqi festivalına gedən bir çox İsrail vətəndaşı bölgəyə gedən İsrail helikopterlərinin hədəfi olub. Mülkilərlə Həmas arasında fərq qoymayan pilotlar ərazini ağır silahlardan və raketlərdən atəşə tutublar.

Sitat.info xəbər verir ki, İsrail mətbuatından olan Yedioth Ahranoth qəzeti oktyabrın 7-də keçirilən musiqi festivalında çox sayda mülki vətəndaşın İsrail ordusu tərəfindən öldürüldüyünü iddia edib. İsrail helikopterlərinin festival ərazisində insanlara təsadüfən atəş açdığı iddia edilir.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti