Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke deyib: "Yardım maşınlarımızı Qəzzanın şimalına çatdıra bilmərik. Əgər hazırda yer üzündə cəhənnəm varsa, o, Qəzzanın şimalıdır".
Sitat.info xəbər verir ki, Laerke, BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında İsrailin blokadası və hücumları altında olan Qəzzada vəziyyətlə bağlı qiymətləndirmələr edib.
O, əhalinin daha sıx olduğu Qəzzanın cənubuna BMT yardım maşınlarının çatdırıldığını ifadə edib.
Kənan
Sitat.info