Qəssam Briqadaları: Qəzzada İsrail tanklarının və əsgərlərinin toplaşdığı ərazini hədəf aldıq

18:53 10 Noyabr 2023

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, döyüşçülərinin Qəzzanın cənubunda iki İsrail tankını və bir hərbi toplanma ərazisini hədəf aldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Qəssam Briqadalarının Telegram səhifəsində edilən açıqlamada deyilir: "Bu gün səhər saatlarında İsrail buldozerini "Yasin 105" raketi ilə və Qəzzanın cənubunda bir tankı "RPG" raket qurğusu ilə hədəf aldıq".

Açıqlamada Zeytun rayonunda daha bir İsrail tankının vurulduğu, Qəzzanın şimal-qərbində toplaşan İsrail əsgərlərinə piyada əleyhinə raket atıldığı da bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti