İsrail onun ailəsini qətl etdi

20:21 10 Noyabr 2023

İsrailin hücumlarında onun ailəsi öldürülüb, evi dağıdılıb. Hücumlardan yalnız kiçik Julia həyatda qalıb.

Cəmi 3 yaşı olan Juliya həyatının ilk illərində dağıntı və yoxsulluqla qarşılaşdı.

Onun Qəzzadakı evi İsrail bombaları ilə vurulub. Hücumlarda onun evi və ailəsi tamamilə dağılıb.

Onun bütün ailə üzvləri, o cümlədən anası və atası öldürülüb.

İndi Julianın ona baxacaq evi və ya ailəsi yoxdur...

Fələstinli jurnalist İsmayıl onun hekayəsini sosial şəbəkədə paylaşıb. İndi onun qayğısına qalır, müharibənin vurduğu yaraları sağaltmaq istəyir. İsmayılın məqsədi onun üçün təhlükəsiz gələcək təmin etməkdir.

Amma Qəzzada heç bir yer təhlükəsiz deyil.

Juliya və İsmayıl Qəzzanın kütləvi məzarlığa çevrilmiş küçələrində həyata tutunmağa çalışırlar...

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti