İsrail ordusu oktyabrın 7-dən bəri blokadada olan Qəzza zolağında 15 mindən çox yerə zərbə endirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına baxmayaraq, İsrail təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına hücumlarını davam etdirir.
Ordunun verdiyi açıqlamada oktyabrın 7-dən bu yana 15 mindən çox yerə vurulduğu bildirilib.
Kənan Bənnayev
Sitat.info