Britaniya hökuməti Qəzzada atəşkəs çağırışlarını bir daha rədd edib

22:02 10 Noyabr 2023

İngiltərə Baş Nazirliyinin sözçüsü açıqlamasında Qəzzada atəşkəs çağırışlarını dəstəkləmədiklərini bir daha vurğulayaraq, mövcud vəziyyətdə mümkün atəşkəsin Həmas-ın xeyrinə olmasını istəmədiklərini iddia edib.

Sitat.info xəbər verir ki, baş nazirliyin sözçüsü Londonda xarici jurnalistlər üçün keçirdiyi mətbuat brifinqində sualları cavablandırıb.

"İngiltərə hökumətinin indi Qəzzada atəşkəs çağırması üçün qırmızı xətt nədir?" sualına sözçü cavabında hökumətin humanitar fasilələri dəstəklədiyini xatırladıb, lakin hazırda Qəzzada atəşkəs çağırışlarını dəstəkləmədiklərini bir daha vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti