ABŞ-da ilk "tam göz" transplantasiyası

22:06 10 Noyabr 2023

Yüksək gərginlikli elektrik cərəyanından sağ çıxan 46 yaşlı şəxsə ilk "tam göz" və yarım üz transplantasiyasının edildiyi açıqlanıb. ABŞ-da yerləşən "NYU Langone Health" tibb müəssisəsi bunun tibb tarixində bu cür yeganə uğurlu kombinə transplantasiya hadisəsi olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, ABŞ-da yerləşən səhiyyə müəssisəsi "NYU Langone Health" dünən elan edib ki, onun cərrahi komandası iş zamanı yüksək gərginlikli elektrik cərəyanı vurmasından sağ çıxan Arkanzasdan olan 46 yaşlı şəxsə dünyada ilk tam göz və qismən üz transplantasiyası əməliyyatını həyata keçirib. Həkimlər Aaron James adlı xəstəyə bir donordan bütün sol gözün və üzün bir hissəsinin köçürüldüyünü və bunun tibb tarixində insana ilk tam göz transplantasiyası və onun yeganə uğurlu kombinə edilmiş transplantasiyası olduğunu vurğulayıblar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti