Diqqət çəkən açıqlama: “Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə sülh sazişini rədd etdi”

22:19 10 Noyabr 2023

Macarıstanın baş naziri Viktor Orban iddia edib ki, İstanbulda Rusiya və Ukrayna arasında əsas sülh razılaşması əldə olunsa da, Ukrayna ABŞ-ın göstərişi ilə sazişi imzalamaqdan imtina edib.

Sitat.info xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban yerli radioda verdiyi açıqlamada, Avropa İttifaqının (Aİ) Ukraynadakı müharibəni nəzarətdə saxlamağa çalışdığı halda, ABŞ-ın müharibəni genişləndirməyə və qlobal münaqişəyə çevirməyə çalışdığını bildirib.

Orban Almaniyanın keçmiş kansleri Gerhard Schröder-in ötən ilin martında İstanbulda keçirilən danışıqlarda Ukraynanın Rusiya ilə sülh müqaviləsi imzalamaqdan imtina etməsi ilə bağlı Almaniya mətbuatına verdiyi açıqlamaları dəyərləndirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti