Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevin AB-yə tezliklə üzvlüyünü elan etməklə Ukrayna ictimaiyyətini çaşdırır.
Sitat.info xəbər verir ki, bunu Ukraynanın keçmiş baş prokuroru Svyatoslav Piskun deyib.
"Polşa taxılımızın keçməsinə icazə verməsə, biz AB-yə daxil olmaq üçün danışıqlar apara bilmərik. Bu ki gülməlidir. Burada yaxşı düşünmək lazımdır: aldanmırıq ki? Həqiqi tarixlə əsl qətnamə haradadır? Bilmək istərdim.
Bizə danışıqlara hazır olduqlarını deyəndə, mən demək istəyirəm: Ərdoğana zəng edin (Türkiyə Prezidenti - red.) və soruşun: "Deyin görək, əzizim, 30 ildir ki, AB ilə danışıqlarınız necə gedir? Danışmaqdan yorulmadınız?" - o bildirib.
Piskun qeyd edib ki, hətta NATO üzvü olan ölkə də ittifaqa buraxılmır:
"Bu isə o deməkdir ki, Ukraynanı ümumiyyətlə Avropa dövlətləri blokuna qoşmaq fikrində deyillər".