Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Vladimir Putinlə telefon danışığı aparması gözlənilir.
Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatının son sammitindən sonra Qəzza məsələsinin müzakirəsi məqsədilə telefon diplomatiyasını davam etdirəcəyi, eyni zamanda Putinlə də telefon danışığının istisna olunmadığı bildirilib.