Avropanın ən böyük vulkanı yenidən püskürdü - Video

11:48 13 Noyabr 2023

Siciliyadakı Etna vulkanın növbəti püskürməsi baş verib.

Sitat.info xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb.

Məlumata görə, püskürmə vulkanın kraterinin cənub-şərqində baş verib. Püskürən sütunun hündürlüyü dəniz səviyyəsindən təxminən 4,5 min metr yüksəkdir.

Qeyd edək ki, Etna Avropanın fəaliyyətdə olan ən hündür vulkanıdır. 2013-cü ildə UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilib.



Xəbər xətti