Tiflis Rusiyaya qarşı sanksiyalar tətbiq etmir, çünki ölkə vətəndaşların həyatını və iqtisadi vəziyyəti riskə ata bilməz.
Sitat.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Vətəndaşlarımızın həyatını və ölkənin iqtisadi vəziyyətini riskə atmağa imkan verə bilmərik. Heç bir ölkə, o cümlədən AB-nin heç bir üzvü bunu etməyəcək. Onlar sanksiyaların tətbiqinə qərar verərkən həmişə onların nəticələrini müqayisə edirlər”, - o bildirib.
Papuaşvili vurğulayıb ki, bu gün dünyada elə bir ölkə yoxdur ki, Gürcüstanda təhlükəsizlik zəmanəti versin:
“Bu baxımdan ölkə yalnız özündən asılıdır”.