Paris-2024: Bütün idman növləri üzrə lisenziya kvotası müəyyənləşib

00:13 7 Aprel 2022

Paris-2024 Yay Olimpiya Oyunlarında bütün idman növləri üzrə lisenziya bölgüsü müəyyənləşib.

Report Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, Tokio olimpiadası ilə müqayisədə bəzi idman növlərində iştirakçı sayı azaldılıb. Buraya su idmanı, atletika, boks, kanoe, velosiped idmanı, gimnastika, cüdo, avarçəkmə, yelkənli qayıqsürmə, atıcılıq və ağırlıqqaldırma daxildir.

Skeytbordinq, idman dırmanması və sörfinqdə lisenziya sayı artırılıb. Digər idman növlərində isə dəyişiklik baş verməyib.

Həmçinin olimpiadalar tarixində ilk dəfə gender bərabərliyi təmin olunub. 32 idman növünün hər birində bərabər sayda kişi və qadın idmançılar mübarizə aparacaqlar.

Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziya bölgüsü

Su idmanı - 1 370 (Tokio olimpiadasında - 1 410)

Oxçuluq - 128 (128)

Atletika - 1 810 (1 900)

Badminton - 172 (172)

Basketbol - 40 (40)

Boks - 248 (286)

Kanoe - 318 (328)

Veolisiped idmanı - 514 (528)

Atçılıq - 200 (200)

Qılıncoynatma - 212 (212)

Futbol - 32 (32)

Qolf - 120 (120)

Gimnastika - 318 (324)

Həndbol - 24 (24)

Xokkey - 24 (24)

Cüdo - 372 (386)

Müasir pentatlon - 72 (72)

Avarçəkmə - 502 (526)

Reqbi - 12 (12)

Yelkənli qayıqsürmə - 330 (350)

Atıcılıq - 340 (360)

Stolüstü tennis - 172 (172)

Taekvondo - 128 (128)

Tennis - 172 (172)

Triatlon - 110 (110)

Voleybol - 72 (72)

Ağırlıqqaldırma - 120 (196)

Güləş - 288 (288)

Breykdans - 32

Skeytbordinq - 88 (80)

İdman dırmanması - 68 (40)

Sörfinq - 48 (40)

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.



Xəbər xətti