Fələstinli Məhbuslar Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı nəzarət əməliyyatlarını davam etdirdiyi bildirilib.
Sitat.info xəbər verir ki, Açıqlamada bu əməliyyatlarda 50 fələstinlinin nəzarətə alındığı, saxlanılanların Hebron, Qüds, Ramallah, Yerixo, Nablus və Cenin şəhərlərindən olduğu bildirilib.
Açıqlamada oktyabrın 7-dən bu yana İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2520 nəfərə yüksəldiyi qeyd edilib.
Seymur Bənnayev
Sitat.info