"Zirə"nin sabiq futbolçusu müharibəyə görə Ukrayna klubunu tərk edib

00:50 7 Aprel 2022

"Zirə"nin sabiq futbolçusu Velves Santos Ukraynadakı müharibə səbəbindən "Lvov" klubundan ayrılıb.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, braziliyalı hücumçu Estoniyanın "Nomme Kalyu" komandasına keçib. 22 yaşlı forvard cari mövsümün sonunadək icarə əsasında Tallin təmsilçisinin formasını geyinəcək.

Keçidi ilə bağlı təəssüratlarını bölüşən gənc futbolçu yaradılan şəraitə görə "Nomme Kalyu" rəhbərliyinə təşəkkür edib. O, Ukraynada baş verən hadisələrin dəhşətli olduğunu bildirib.

Qeyd edək ki, cari mövsümün ilk yarısında "Zirə"də icarədə olan Velves Santos cəmi 2 oyunda "qartallar"ın formasını geyinib.



Xəbər xətti