Fələstin Qızıl Aypara Cəmiyyəti: Qüds xəstəxanasının ətrafında güclü atışma səsləri eşidilir

16:55 13 Noyabr 2023

Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Qəzza şəhərindəki Qüds xəstəxanası ətrafında güclü atışma səsləri eşidilir.

Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada blokada altındakı Qəzza zolağının şimalında yerləşən Qüds xəstəxanası ətrafında güclü silah səslərinin eşidildiyi, bölgədə bomba və partlayış səslərinin eşidildiyi bildirilib.

Xəstələrin və tibb işçilərinin Qüds Xəstəxanasından təxliyyəsini təmin etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə Qəzza zolağının cənubundan xəstəxanaya doğru yola çıxan avtomobil karvanının Əl Vustada dayandırıldığı bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti