Azərbaycanlı rejissorun fəaliyyətinə qadağa qoyuldu

10:40 14 Noyabr 2023

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən olan rejissor Vəli Lütfdoxtun fəaliyyəti 2 il müddətinə qadağan edilib.

Sitat.info xəbər verir ki, Urmiyanın İnqilab Məhkəməsi Mədəniyyət və İrşad İdarəsinin şikayəti əsasında bu barədə qərar çıxarıb.

İdarə rejissorun 18 iyun tarixində Urmiyada nümayiş etdirilən “Şəhriyar” tamaşasında aktyorların Azərbaycan milli rəqsi etməsinə etirazını bildirərək, şikayət edib. Məhkəmə isə idarənin şikayətini təmin edib və aktyorun fəaliyyəti barəsində qadağa hökmü çıxarıb.

Qeyd edək ki, bundan əvvəl Vəli Azərdoxtun fəaliyyəti ilə bağlı şikayət edilsə də, onun barəsində qəti qərar çıxarılmamışdı.



Xəbər xətti