Oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan İsrail təxminən 30 milyard şekel (7,8 milyard dollar) borc alıb.
Sitat.info xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, borclar hökumətin bütün ehtiyaclarını tam və optimal şəkildə maliyyələşdirməyə imkan verib.