İsrail ordusunun Şifa xəstəxanasını mühasirəyə alması səbəbindən xəstəxana bağçasında yığılan cəsədləri basdırmaq mümkün deyil.
Sitat.info xəbər verir ki, İsrail ordusunun qurudan hücumlarını getdikcə gücləndirdiyi, bütün gözlərin blokadadakı Qəzza zolağında olduğu Şifa Xəstəxanasında vəziyyət getdikcə çətinləşir.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra deyib: "İsrail ordusu Şifa xəstəxanasını mühasirəyə alıb. Xəstəxananın şərq və cənub çıxışlarında tanklar var, giriş-çıxışa icazə vermirlər. Xəstəxananın bir hissəsi snayperlərin hədəfindədir".
Seymur Bənnayev
Sitat.info