İlham Əliyev fərman imzaladı

15:15 14 Noyabr 2023

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1016-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sitat.info fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687; 2019, № 3, maddə 405, № 5, maddələr 848, 852; 2020, № 6, maddə 698; 2022, № 8, maddə 895) ilə təsdiq edilmiş 4 nömrəli Əlavə – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasda “Rabitə” sözü “Telekommunikasiya və poçt rabitəsi” sözləri ilə əvəz edilsin;

1.2. 3.2-ci bənddə “rabitə” sözü “telekommunikasiya” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593, № 12, maddələr 1356, 1430; 2022, № 5, maddə 459, № 11, maddə 1264; 2023, № 3, maddə 368, № 4, maddələr 474, 499, № 9, maddə 1285) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.36-cı yarımbəndində “rabitə” sözü “telekommunikasiya” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyul tarixli 1079 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 859; 2021, № 7, maddə 728) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın 1-ci hissəsində “Rabitə” sözü “Telekommunikasiya” sözü ilə əvəz edilsin.

 



Xəbər xətti