İsrail ordusunun Qəzza zolağına hücumları 39-cu gündə də intensivləşməkdə davam edir.
Sitat.info xəbər verir ki, Həmas, Avropa Birliyinin (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Qəzzada “xəstəxanalar və mülki şəxslərdən canlı qalxan kimi istifadə edildiyi” ifadələrinin “cinayətləri ört-basdır etmək üçün Avropanın ört-basdır etdiyi bir pərdə” olduğunu bildirib.
Qəzzada Daxili İşlər Nazirliyindən verilən açıqlamada İsrailin Cibaliya Qaçqınlar Düşərgəsini hədəf aldığı bildirilib.
Cibaliya Qaçqınlar Düşərgəsində bir binanın partladılması nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Seymur Bənnayev
Sitat.info