Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağına göndərilən 155 TIR humanitar yardımı Rəfah Sərhəd Qapısında qəbul etdiyini və İsrail ordusunun yenidən yanacağın ölkəyə girişinə icazə vermədiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlamasında, Misir Qızıl Aypara Cəmiyyətinin göndərdiyi, içərisində qida, su, humanitar yardım, dərman və tibbi avadanlıqların olduğu 155 yük maşınının Rəfah qapısından qəbul edildiyini paylaşıb.
Açıqlamada İsrailin oktyabrın 7-dən sonra yenə də yanacağın girməsinə icazə vermədiyi vurğulanıb.
Kənan
Sitat.info