İsrail ordusu Qəzzada bir sıra hökumət binalarını nəzarətə götürdüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, İsrail Ordusunun bu gün verdiyi açıqlamaya görə, İsrail ordusu HƏMAS-ın hərbi məqsədlər üçün istifadə etdiyi bir çox qurumları nəzarətə götürüb.
Məlumata görə, İsrail əsgərləri hərbçilərin “Həmas parlament və hökumət binası, qubernatorun iqamətgahı və yaşayış kompleksi” adlandırdığı əraziyə daxil ola biliblər.
"Bu binalar HƏMAS-ın qərargahı, dindirmə və təcridxana kimi istifadə olunub. Bu postlardan bəziləri HƏMAS tərəfindən 7 oktyabrda İsrailə hücuma hazırlıq məqsədilə təlimlər üçün istifadə edilib", - İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məğrur,
Sitat.info