Oktyabrın 7-dən davam edən Fələstin-İsrail müharibəsində ara səngimir. İsrailin Qəzza zolağına hücumları davam edərkən, HƏMAS-ın da İsrailin paytaxtı Təl-Əvivə raket hücumu təşkil etdiyi bildirilib.
Sitat.info xəbər verir ki, Qəzza zolağından atılan 3 raketə Dəmir Qübbə hava hücumundan müdafiə sistemi cavab verərkən, paytaxtda siren səsləri eşidilib.
Hücum zamanı 1-i ağır olmaqla ümumilikdə 3 nəfər yaralanıb. Tibbi yardım işçiləri yaralıların qəlpələrdən yaralandığını açıqlayıb.
Qəlpənin raketlərin düşməsi, yoxsa havada məhv olması ilə bağlı olduğu hələlik məlum deyil.
Ayna,
Sitat.info