Nüvə enerjisinə investisiyalar: Urana təlabat artır

12:50 15 Noyabr 2023

Dünyada yüksək enerji qiymətləri və iddialı iqlim hədəfləri ölkələri nüvə enerjisinə sərmayə qoymağa yönəldir və urana tələbatı artırır.

Sitat.info xəbər verir ki, tibbdən dənizçiliyə, müdafiə sənayesindən nüvə enerjisinə qədər bir çox fərqli sahədə istifadə edilən uranın qiymətlərinin artması, güclü tələb, təchizat problemləri və ehtiyatların az olması ilə diqqət çəkir.

Beynəlxalq Atom Enerjisi Agentliyi və Ümumdünya Nüvə Assosiasiyasının məlumatlarından toplanan datalara görə, dünya üzrə elektrik enerjisinin təxminən 10 faizi nüvə reaktorlarında urandan istehsal olunur. Bu, təqribən 2500 terawatt saatlıq illik elektrik enerjisi istehsalına bərabərdir.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti