KTMT iclaslarında iştirak etmirik və yaxşı da edirik.
Sitat.info xəbər verir ki, bu sözləri noyabrın 15-də Ermənistan parlamentində jurnalistlərə açıqlamasında hakim Mülki Müqaviləsi Partiyasından olan deputat Qagik Melkonyan N.Paşinyanın KTMT iclaslarında niyə iştirak etməməsi sualına cavab verərkən deyib.
Melkonyan bildirib ki, iclaslarda iştirak etməmək Ermənistanın KTMT-dən çıxması anlamına gəlmir.
Qeyd edək ki, Paşinyan 23 noyabrda Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina edib.