İsrail ordusu Əl-Şifa xəstəxanasında silah-sursat tapıb

15:56 15 Noyabr 2023

İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında Fələstinin HƏMAS hərbi qruplaşmasının yaraqlılarının istifadə etdiyi silahlar, eləcə də infrastruktur aşkar ediblər.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” İDF-dəki mənbəyə istinadən məlumat yayıb.

Belə ki, mənbə İsrail hərbçilərinin silahlı müqavimətlə, eləcə də xəstəxananın xəstələri və əməkdaşlarının düşmən münasibəti ilə qarşılaşmamasına aydınlıq gətirib.

Bundan əvvəl İsrail əsgərlərinin Əl-Şifa xəstəxanasına humanitar yardım çatdırdığı bildirilirdi.

Başqa bir məlumata görə, noyabrın 15-də səhər saatlarında İDF Əl-Şifa xəstəxanasına atəş açıb. Xəstələr və yaralılar da daxil olmaqla, 9 minə yaxın insan tibb kompleksinin ərazisindədir. 

Ayna, 

Sitat.info



Xəbər xətti