Zaxarovadan şok ittiham: Ukrayna rəsmiləri Qərbin maliyyə yardımının 36 faizini mənimsəyiblər

18:51 15 Noyabr 2023

“Moskovski Komsomolets” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki,  Qərbin maliyyə yardımının 20-36 faizi Ukrayna rəsmiləri tərəfindən mənimsənilib.

Sitat.info xəbər verir ki, rusiyalı diplomat bu işə Ukrayna Müdafiə Nazirliyinin keçmiş məmurlarının cəlb olunduğunu deyib. 

"Bəlkə onlar özlərini Rusiyadan, Kremldən deyil, özlərindən və Qərb kuratorlarının onların başına gətirdiyi xaosdan qorumalıdırlar?", - deyə Mariya Zaxarova sual verib.

Ayna Fərhad,

Sitat.info

 



Xəbər xətti