Son illər yanğınlar, quraqlıq, sel hadisələrinin artması kimi iqlim dəyişmələrinin fəsadlarını görürük. Elmi araşdırmalara görə, son 150 ildə orta temperatur 1.1 dərəcə artıb. Əgər 2 dərəcə artım olarsa, planetdə qida çatışmazlığı, köçlər, müharibələr yaşana bilər. Temperaturun 3 dərəcə artması isə Yer kürəsinin yaşanılmaz hala gəlməsi deməkdir.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Respublikasının Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteoroloji Forumunda deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin ən böyük səbəbi sənayeləşmə və şəhərlərin böyüməsidir. Çirklənməyə ən çox səbəb olan ölkələr isə ABŞ, Hindistan və Avropa Birliyi ölkələridir.
Nazir iqlim dəyişmələri ilə birgə mübarizənin daha səmərəli olacağını diqqətə çatdırıb.