İranın paytaxtı Tehranda havanın çirklənməsinə görə təhsil 1 gün müddətinə dayandırılıb, ürək və ağciyər xəstəlikləri olan insanlara, yaşlılara və uşaqlara küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Sitat.info xəbər verir ki, İranın paytaxtı Tehranda hər il qış aylarında havanın çirklənməsi həyata mənfi təsir göstərir. Tehranın hava dövriyyəsinə uyğun olmayan fiziki quruluşu, şəhərdə əhalinin sıxlığı və nəqliyyat vasitələrinin istifadəsi, nəqliyyat vasitələrində və fabriklərdə istifadə olunan keyfiyyətsiz yanacaqlar havanın çirklənməsinin əsas səbəbi kimi göstərilir.
Kənan
Sitat.info