Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Corciya Meloni ilə telefonla danışıb. Görüşdə Qəzzaya hücumların artması müzakirə olunub.
Sitat.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.
Görüşdə İsrailin Qəzzaya hücumları və bölgədəki humanitar böhran müzakirə edilib.
Prezident Ərdoğan Fələstin torpaqlarına qarşı vəhşiliyin dərinləşdiyini, mülki ölümlərin hər dəqiqə artdığını, müharibə cinayətləri törədən İsrailin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün çalışacaqlarını, atəşkəs və atəşkəsin təmin edilməsi üçün İtaliyadan dəstək gözlədiklərini vurğulayıb.
Ayna,
Sitat.info