İsrail ordusunun basqın etdiyi Şifa xəstəxanasında səhiyyə xidmətləri tamamilə dayandırılıb.
Sitat.info xəbər verir ki, Şifa xəstəxanasından təhlükəsizlik səbəbiylə adının açıqlanmasını istəməyən mənbənin AA-ya verdiyi məlumata görə, İsrail ordusu Şifa xəstəxanasına sığınan fələstinliləri saxlayıb.
İsrailin xəstəxananı mühasirəyə alması və fəaliyyətinə maneə olması səbəbi ilə xəstəxanada bütün işlər məcburi şəkildə dayandırılıb.
Seymur Bənnayev
Sitat.info