İndoneziyada güclü zəlzələ oldu

09:45 16 Noyabr 2023

İndoneziyanın Minahasa yarımadası yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.

Sitat.info xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanların episentri Manado şəhərindən 96 km şimal-qərbdə yerləşib.

Zəlzələ yerin 303 km dərinliyində meydana gəlib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.



Xəbər xətti