Qəzzanın mərkəzindəki məscidə hava hücumu: 50 nəfər həlak olub

10:55 16 Noyabr 2023

İsrailin Qəzzanın mərkəzindəki məscidə təşkil etdiyi hava hücumunda 50 nəfərin öldüyü açıqlanıb.

Sitat.info xəbər verir ki, Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, hücum mühasirəyə alınan ərazinin mərkəzində yerləşən Əl-Səbra məhəlləsindəki məscidi hədəf alıb.

Wafa xəbər agentliyinin müxbiri onlarla insanın da yaralandığını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti