Qəzzada son saatlar: Rabitə tamamilə kəsilə bilər

10:56 16 Noyabr 2023

Fələstinin telekommunikasiya şirkəti Paltel çərşənbə günü xəbərdarlıq edib ki, şirkətin məlumat mərkəzləri və digər avadanlıqlarının bağlanması nəticəsində yaxın saatlarda Qəzzada rabitənin kəsiləcəyi gözlənilir.

Sitat.info xəbər verir ki, Şirkət İsrailin mühasirəyə alınmış əraziyə hər hansı yanacaq idxalını qadağan etməsindən sonra həyati vacib avadanlıqların işləməsini təmin etmək üçün kifayət qədər yanacağın olmadığını bildirib.

"Human Rights Watch" təşkilatı elektrik kəsilməsinin Qəzzada fələstinlilərin həyatını təhlükəyə atacağı barədə xəbərdarlıq edib və İsraili yanacağın daxil olmasına icazə verməyə çağırıb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti