ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə görüşündən sonra açıqlamalar verib.
Sitat.info xəbər verir ki, Qəzzadakı vəziyyətə işarə edən Bayden deyib ki, Qəzzada baş verənlərin nə qədər davam edəcəyini bilmirəm.
Bayden İsrailin Qəzzaya hücumlarına toxunub.
O, İsrailin Qəzzanı işğal etməsinin səhv olacağını İsrail rəsmilərinə çatdırdıqlarını bildirib.
O, həmçinin girovların azad edilməsi ilə bağlı razılığın əldə olunacağına ümid etdiyini deyib.
ABŞ prezidenti Bayden əlavə edib ki, İsrail mülki insanlara zərər verməməkdə diqqətli olmalıdır.
Seymur Bənnayev
Sitat.info