İslandiya Qəzzada humanitar atəşkəs çağırışlarını dəstəkləyir

11:02 16 Noyabr 2023

İslandiyanın Baş naziri Katrin Yakobsdottir İsrailin Qəzzaya hücumları nəticəsində mülki vətəndaşların həlak olmasından dəhşətə gəldiyini, ölkəsinin beynəlxalq humanitar hüququn pozulmasını pislədiyini və Qəzzada humanitar atəşkəs çağırışlarını dəstəklədiyini bildirib.

Sitat.info xəbər verir ki, Baş nazir Yakobsdottir X sosial media platformasındakı paylaşımında Qəzzada davam edən mülki ölümlərdən dəhşətə gəldiyini bildirib.

"İslandiya beynəlxalq humanitar hüququn bütün pozuntularını pisləyir. Ehtiyacı olan insanlara tibbi xidmət göstərmək vəzifəsinə heç nə mane olmur. İslandiya humanitar atəşkəs çağırışlarını dəstəkləyir", - Yakobsdottir bildirib.

Kənan

Sitat.info



Xəbər xətti