Azərbaycanı “təhlükə” sayan gürcülərin sayı... - Sorğu

13:35 16 Noyabr 2023

Gürcüstanda əhalinin 77%-i Rusiya, 12%-i Türkiyə və 9%-i ABŞ-ı ölkə üçün ən böyük siyasi təhlükə hesab edir.

Sitat.info xəbər verir ki, bu barədə Beynəlxalq Respublikaçılar İnstitutu apardığı sorğunun nəticələrinə əsasən məlumat yayıb.

Respondentlərin 6%-i İranı, 4%-i Çini, 4%-i Azərbaycanı, 4%-i Ermənistanı, 3%-i isə Ukraynanı Gürcüstana ən böyük siyasi təhlükə sayıb.

Sorğu iştirakçılarının 9%-i cavab verməkdən imtina edib.

Tədqiqat 2023-cü il sentyabrın 14-dən oktyabrın 14-dək respondentlərlə fərdi müsahibə formatında aparılıb. Sorğuda 1200 Gürcüstan vətəndaşı iştirak edib.



Xəbər xətti