İsrail döyüş təyyarələri Hizbullahın hədəflərini vurdu

16:42 16 Noyabr 2023

İsrail ordusu Livandakı Hizbullah hədəflərinin döyüş təyyarələri ilə bombalandığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Ordunun verdiyi açıqlamada döyüş təyyarələrinin vurduğu yerlər arasında Hizbullaha aid bir sıra hərbi məntəqələrin olduğu bildirilib.

Oktyabrın 8-dən Livan-İsrail sərhədində İsrail ordusu ilə Hizbullah arasında vaxtaşırı qarşılıqlı hücumlar edilir.

Bu hücumlarda indiyədək 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti