İsrail Şifa xəstəxanasının həyətini buldozerlərlə qazır

16:45 16 Noyabr 2023

Tankların  basqınından sonra İsrail ordusunun Qəzzada Şifa xəstəxanasının bağçasını buldozerlərlə qazdığı bildirilib.

Sitat.info xəbər verir ki, Şifa xəstəxanasından adının çəkilməsini istəməyən mənbə bildirib ki, İsrail tankları xəstəxana bağçasından geri çəkildikdən sonra hərbi buldozerlər gətirilib.

Xəstəxana bağçasındakı vasitələrin çıxarıldığını bildirən mənbə, İsrail ordusunun buldozerlərinin xəstəxananın arxa həyətində geniş miqyaslı qazıntı apardığını bildirib.

Kənan

Sitat.info



Xəbər xətti