Prezident Rəcəb Tayyib Ərdoğan Qəzzadan Türkiyəyə gətirilən və müalicəsi Ankara Bilkənd Şəhər Xəstəxanasında davam edən Qəzzadan xərçəng xəstələrini ziyarət edib.
Sitat.info xəbər verir ki, Qəzzadan bəzi xərçəng xəstələri və onların yoldaşlarını daşıyan iki təyyarə Türkiyəyə çatıb. Misirin Əl-Ariş hava limanından qalxan təyyarələr Ankara Esenboğa hava limanına enib.
İsrailin hücumu altında Qəzzadan çıxarılan, təcili yardım maşınları ilə Əl-Ariş hava limanına gətirilərək Prezidentliyə və Milli Müdafiə Nazirliyinə aid təyyarələrə yerləşdirilən xəstələr Esenboğa hava limanında sağlamlıq qrupları tərəfindən qarşılanıb.
Esenboğa hava limanına enən təyyarələrdən 27 xəstə təcili yardım maşınlarına köçürülərək Bilkent Şəhər Xəstəxanasına aparılıb.
Kənan
Sitat.info