Fransanı Eurovision 2024-də müsəlman sənətçi təmsil edəcək

19:45 16 Noyabr 2023

İsveçdə keçiriləcək "Eurovision 2024" mahnı müsabiqəsində Fransanı müsəlman sənətçi Slimane Nebchi ilə təmsil edəcəyi açıqlanıb.
Sitat.info xəbər verir ki, Eurovision-un sosial media hesabında edilən paylaşımda Əlcəzair əsilli müsəlman sənətçi Slimane Nebchi-nin Fransanı “Mon Amour” mahnısı ilə Eurovision 2024-də təmsil edəcəyi bildirilib.

Slimane sosial media hesabında yarışmaya qatılacağını pərəstişkarları ilə bölüşərək, "Ailəm, qızım, Fransa və sizin üçün" yazıb. 

Fransanın Eurovision mahnı müsabiqəsinin tarixi ilə bağlı Eurovision rəsmi hesabında məlumat yer alıb.

“Onların ən yaxşı nəticələri 1977, 1969, 1962, 1960 və 1958-ci illərdə əldə etdikləri beş qələbədir. Lakin onların sonuncu qələbəsi 46 il əvvəl, 1977-ci ildə olub. "Onların ən pis nəticəsi 2014-cü ildə Fransanın Böyük Finalda sonuncu yeri tutması olub".

Ayna,

Sitat.info



Xəbər xətti